XİDMƏTLƏR

Mühasibat xidmətləri

Şirkətin mühasibatlığının düzgün qurulması və qanunvericiliyə uyğun aparılması – biznesinizi ayaqda saxlayacaq ən önəmli şərtlərdən birincisidir. Biz sizin mühasibat işlərinizi minimum vaxtda, sərfəli qiymətlərlə qura bilərik.

ətraflı oxu
Vergi xidmətləri

Vergi məsələləri – şirkətin mühasibatlığının ən önəmli tərkib hissəsidir. Müəssisənin xərclərinin optimallaşdırılması müəssisənin mənfəəti üçün nə qədər önəmlidirsə, xərclərin içərisində vergi ödəmələrinin optimallaşdırılması da bir o qədər önəmlidir.

ətraflı oxu
Kadr uçotu xidmətləri

Müəssisənin fəaliyyətinin qurulması və aparılması – doğru seçilmiş və doğru vakansiyaya yerləşdirilmiş yüksək keyfiyyətli kardların çiyinlərinə düşür. Müəssisənin kadr uçotunun qurulması və aparılması – xərclərin optimallaşdırılmasında önəmli yer tutur.

ətraflı oxu
Maliyyə xidmətləri

Müəssisənin aktiv fəaliyyəti dövründə düzgün balansın qurulması, mənfəət və zərərin hesablanması, maya dəyərinin hesablanması, kapital və pul vəsaitlərinin hərəkəti və s. maliyyə xidmətlərinin özəyini təşkil edir və müəssisənin xeyirlə işləyə bilməsi üçün vacib əhəmiyyət kəsb edir.

ətraflı oxu
Hüquqi xidmətləri

Kommersiya münasibətlərində, xüsusən də şirkətlər arasında işgüzar münasibətlərin qurulmasında, müqavilələrin bağlanmasında və s. sənədləşmələrin hüquqi cəhətdən doğruluğu və qanunauyğunluğu – həm şirkətin işini asanlaşdırır, həm də keyfiyyətli iş görməsinə görə bir imic yaradır.

ətraflı oxu
Audit xidmətləri

Şirkətin maliyyə hesabatlarının, mühasibatlığın daxili və kənar auditinin aparılması – maliyyə və mühasibat işlərinin düzgün qurulmasını və aparılmasını aşkara çıxaran bir mexanizmdir. Maliyyə durumunun nə vəziyyətdə olduğunu bilmək hər bir sahibkara maraqlıdır.

ətraflı oxu
Təlim və tədris xidmətləri

Hər bir mütəxəssis və ya mütəxəssis olmaq istəyən tələbə – faəliyyətində qoyduğu hədəflərə çatmaq üçün mütləq şəkildə ali təhsil biliklərini daha da möhkəmləndirməli, biliklərini praktikada tətbiq etməli və öz ixtisası üzrə müəyyən kvalifikasiyalar üzrə əlavə tədris və təcrübə proqramları keçməlidir.

ətraflı oxu
Digər xidmətlər

Gömrük xidmətləri, miqrasiya xidmətləri, tərcümə xidmətləri, avtomobil sığortası və s. məsələlərdə dəstəyə ehtiyacı olanlar müraciət edə bilərlər.

ətraflı oxu

Autsorsinq Mühasibat Xidməti Paketimiz
Ətraflı məlumat üçün klikləyin

HAQQIMIZDA

“Progress” Service Center – 2017-ci il sentyabrın 22-də  qurulmuşdur.

“Progress” Service Center – xüsusən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə professional dəstək verən və eyni zamanda kadr savadlılığının artırılmasına xidmət edən bir konsaltinq şirkətidir.

Şirkəti qurarkən əsas hədəfimiz  –  konsaltinq və təlim xidmətləri verən şirkətlərin içərisində öz xidmət səviyyəsi ilə ən yaxşısı olmaqdır.

Peşəkarlardan ibarət komandamızın illərlə qazandıqları təcrübələri- müştərilərimizin sahibkarlıq fəaliyyətləri dövründə qarşılarına çıxabiləcək hüquqi, mühasibatlıq, vergi, maliyyə, kadr uçotu ilə və s. bağlı məsələlərdə onların bu problemlərinin rahat və qısa zamanda həllinə kömək olacaq və bundan sonrakı fəaliyyət yollarını da işıqlandıracaqdır.

“Progress Service Center” MMC – bir xidmət mərkəzi olaraq sahibkarların işinə maksimum şəkildə dəstək vermək üçün təsis olumuş bir şirkətdir. Fəaliyyəti dövründə şirkətin bir çox məsələlərdə konsaltinq  və autsorsinq xidmətlərə ehtiyacı ola bilər. Bunun üçün hər xidmətin yerləşdiyi ünvana ayrıca getmək, hər bir xidmət üçün ayrıca vaxt və enerji sərf etmək lazımdır. Biz – bütün bunları düşünərəkdən əsasən maliyyə-mühasibatlıqla bağlı xidmətləri onsuz da bir ünvanda birləşdirmişdik. 

Xidmətlərimiz haqqında – VİDEO

  1. DÜRÜSTLÜK VƏ SƏMİMİYYƏT
  2. Məlumatların məxfiliyinin qorunması
  3. Peşəkar komanda ilə çalışma şansı
  4. Məsələlərə öz problemi kimi yanaşma
  5. Yenilikləri işə tətbiq etmə
  6. Sifarişlərin qısa vaxtda və sərfəli qiymətə yerinə yetirilməsi
  7. Sahibkara lazım olan əsas bir neçə xidmətin bir ünvanda olması
  8. İş tanışlığından sonra yeni dostluqların qurulması

Maliyyə-mühasibat və təlim xidmətləri sahələrində fəaliyyət göstərən şirkətlər içərisində ən yaxşısı olmaqdır.

Belə ki, şirkətin maliyyə vəziyyətini xarakterizə edən və fəaliyyətinə təsir edən əsas maliyyə-mühasibatlıq xidmətlərini bir ünvanda toplamışıq. Hər hansı problem olduqda kompleks şəkildə və daha qısa zaman içərisində həll oluna bilər.

Təlim və tədris xidmətlərində isə müxtəlif təbəqələrdən olan insanların lazımi  təlim və kursları keçməsi, beynəlxalq və milli sertifikatları əldə etməsi, həmçinin müxtəlif şirkətlərin əməkdaşlarının korporativ təlimlərdə iştirak edə bilməsi üçün uyğun şərait yaradır.

Xüsusən kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına, böyük sahibkarlıq subyektlərinin daha da böyüyüb təkmilləşməsinə və ümumiyyətlə kadr savadlılığının artırılmasına öz töhfəmizi verməkdir.

Sahibkarlığa yeni başlayan şirkətlər üçün şirkətin dayanıqlığını təmin edən maliyyə-mühasibat sisteminin qurulması, kadr uçotunun qurulması və s. məsələlərdə verdiyimiz dəstək, böyük şirkətlərin fəaliyyətində problem çıxaran boşluq və nöqsanların aradan qaldırılmasına verdiyimiz dəstək – bütövlükdə ölkəmizdə sahibkarlığın inkişafına dəstək xarakteri daşıyır.

Geri Zəng istəyi.

Maraqlandığınız xidmətlə bağlı yaranmış suallarla və ya ətraflı məlumat almaq üçün geri zəng xidmətimizdən yararlana bilərsiniz.

Müzakirə etmək istədiyiniz mövzunu seçin və akteti doldurub təstiqləyin