“Finansist”də bizdən yazdılar…

02 fevral 2018-ci il tarixdə Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyası ilə Progress Service Center MMC arasında maliyyə, mühasibat və HR sahəsində beynəlxalq təlimlərin təşkili, həmçinin imtahanların aparılması və beynəlxalq sertifikatlarla təltif olunma məsələlərinin təşkili ilə bağlı memorandum imzalanmışdır.

Finansist jurnalının fevral sayında bu xəbərə də xüsusi yer verilmişdir.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyası – APFM üzvləri hər ay Finansist jurnalını ödənişsiz almaq hüququna sahibdir. APFM üzvləri həm də il ərzində assosasiyanın təşkil etdiyi müxtəlif təlimlərdə də ödənişsiz iştirak edə bilərlər.

Bütün tərəfdaşlarına və əməkdaşlıq etdiyi dost şirkətlərə həmişə səmimi davranan, gülərüzlə qarşılayan APFM kollektivinə gələcək işlərində uğurlar arzulayır və əməkdaşlığımızın daha da möhkəmlənməsini və uzunmüddətli olmasını arzu edirik.

Təşəkkürlər – APFM, təşəkkürlər – Finansist…