Hüquqi sahədə 1 gündə 2 Memorandum..!

04 Aprel 2018-ci il tarixdə Caspian Plazada “Progress Service Center” MMC hüquqi təlimlərin və təcrübə proqramlarının təşkili ilə əlaqədar “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosasiyası” İctimai Birliyi – AYNHA ilə, hüquqi xidmətlərin təşkili və qarşılıqlı təcrübə mübadiləsi ilə əlaqədar isə “ADVOCACY” MMC hüquq şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı…

1-ci Memorandum “AYNHA İB” ilə “Progress Service Center” MMC arasında beynəlxalq standartlara uyğun yeni yüksək ixtisaslı kadr hazırlığı, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, sertifikatlaşdırma və beynəlxalq standartların həm praktiki, həm də nəzəri əsaslarının həyata keçirilməsi, mütəxəssislərin atestasiyası və beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin beynəlxalq peşəkar qurumların müvafiq biznes-tədrisi proqramları üzrə sertifikatlaşması, təcrübə mübadiləsi, habelə, beynəlxalq standartlara cavab verən kadr hazırlığının daim təkmilləşdirilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.

2-ci Memorandum “Advocacy” MMC ilə “Progress Service Center” MMC arasında qarşılıqlı işgüzar münasibətlər fonunda hər iki şirkətin fəaliyyət strategiyasına və müştərilərinin istehlak tələblərinə cavab verən ortaq bir biznes mühitinin formalaşması, Şirkətin Mərkəzə hüquqi xidmətlərlə, Mərkəzin də öz növbəsində maliyyə və mühasibat məsələlərində Şirkətə professional xidmət göstərməsi, təcrübə mübadiləsi, habelə, hər iki şirkətin inkişafına müsbət təsir göstərən amillərin daha da artırılması məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.

 



Bir cavab yazın