Autsorsinq Mühasibat Xidməti Paketimiz

* Autsorsinq

Autsorsing – (ingiliscə outsourcing: (outer-source-using) xarici mənbədən/resursdan istifadə olunması) –  müəyyən biznes-proseslərin və ya istehsal funksiyaların müvafiq sahədə ixtisaslaşan digər şirkətə müqavilə üzrə həvalə olunması.

Autsorsing təcrübəsi yeni ideya deyil. Şirkətlərin əksəriyyəti reklam, maliyyə, hüquq və kadr  xidmətlərini bu işlər üzrə ixtisaslaşmış şirkətlərə həvalə edirlər.

Autsorsinqin üstünlükləri:

Daha etibarlı və keyfiyyətli xidmət əldə edirsiniz!

  • Daimi işçidən fərqli olaraq “Progress Service Center” MMC göstərdiyi xidmətlərin keyfiyyətinə və icra müddətinə  görə tam  məsuliyyət daşıyır;
  • Daimi işçi ezamiyyətdə olarkən, xəstələndikdə və yaxud digər səbəblərdən işə gəlmədikdə təşkilat müvafiq xidmətlərdən məhrum olur. Biz müştərilərimizə günün 24 saatı və həftənin 7 günü ərzində fasiləsiz və operativ xidmət göstəririk;
  • Daimi işçidən fərqli olaraq bizim komanda müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış peşəkarlardan təşkil olunmuşdur ki, bu üstünlük bizə istənilən problemi daha tez və əsaslı həll etməyə imkan yaradır.

Maliyyə, vaxt və şəxsi resurslarınıza  qənaət edirsiniz!

  • Autsorsinq xidmətlərinin dəyəri, daimi işçinin əmək haqqından daha aşağıdır;
  • Ofisdə daimi işçi  üçün yer ayırmağa ehtiyac yoxdur;
  • Əmək müqaviləsi bağlamırsınız;
  • Əmək haqqından vergi ödəmirsiniz;
  • Şirkətiniz üçün əlavə təhlil imkanlarını qazanırsınız.

 

“Progress Service Center” MMC öz peşəkar mütəxəssislərinin köməyi ilə Sizə həm sahələr üzrə ayrı-ayrılıqda, həm də kompleks şəklində sərfəli qiymətlərlə autsorsinq xidmətlərinin göstərilməsini təklif edir.