Vakansiyalar

Bu bölmədə mütəmadi olaraq fəaliyyət sahələrimizə uyğun və ya şirkətimizin ehtiyacı olan vakansiyaları sizinlə paylaşacağıq.

Bizim şirkətin və ya dost şirkətlərin əməkdaşı olmaq sizə uğurlu bir karyera vəd edir. Burda ən vacib məqam – ilk növbədə hər kəs özünü inkişaf etdirmək üçün çalışmalıdır. Ancaq bu halda çalışdığımız şirkətə də bir yararımız ola bilər.

Karyerada yüksəlişə kömək edən faktorlardan biri də professional kollektivdə çalışmaqdır. Çünki, iş prosesində bilmədiyiniz praktiki təcrübələri iş yoldaşlarınızdan öyrənə bilərsiniz. Biz sizi hər hansı bir işə dəvət etsək, professional kollektivdə işləyəcəyinizdən əmin olun.

Biz işə qəbul etdiyimiz əməkdaşları istismar etmək yox, səmimi mühitdə , işindən həzz alaraq çalışmağını istəyən bir şirkətik. Bunu əmək haqqı məbləğini müəyyənləşdirərkən nəzərə alırıq.

İşə qəbul prosesi

Biz – Progress Xidmət Mərkəzi olaraq, vakansiyalara uyğun namizədləri tapana qədər müraciət edən hər kəsi CV, mühasibə, test, sorğu, referans və s. metodlarla yoxladıqdan sonra işə qəbul edə bilərik. Bunu bizneslərini öz biznesimiz qədər qorumağa çalışdığımız müştərimizə də tövsiyə edirik.

Mühasib olmaq istəyirsiniz? Praktiki mühasibatlığı öyrənməyə yer axtarırsınız?