Korporativ təlim proqramları

Şirkət kollektivinin bilik və bacarıqlarının artırılması və dolayısı ilə işçilərin gördüyü işlərdə keyfiyyətin artırılması və nəticədə müştərilərinizin razı qalması – biznesinizi inkişaf etdirən ən önəmli faktorlardan biridir. Biz – kard savadlılığının artırılmasına önəm verən bir Xidmət Mərkəzi olaraq müxtəlif mövzülarda korporativ təlimlər təşkil edə və əməkdaşlarınızın inkişafına öz töhfəmizi verə bilərik.  “Progress Service Center” MMC-nin şirkətlərə təklif etdiyi korporativ təlim istiqamətlərini nəzərinizə çatdırırıq:

İngilis dili təlimləri (Business English)

Maliyyə təlimləri

Mühasibat təlimləri

HR təlimləri

Biznesin statistikası və təhlili

Motivasiya və şəxsi inkişaf proqramları

Kommersiya hüququ

Təşkilati davranış və əmək psixologiyası

Life & time management

Mini MBA təlim paketi

Proqramın keçilmə metadologiyası:

Progress Xidmət Mərkəzi sizlərə ixtisas artırma üçün Mini MBA proqramını təqdim edir. Bu proqramda 7 müxtəlif sahə üzrə 7 təcrübəli təlimçi dərs deyəcək. Təlimçilərin hər biri xaricdə və ya yerli prestijli univeristetlərdə sahələri üzrə təhsil almışdır. Həmçinin öz sahələri üzrə Azərbaycanın aparıcı şirkətlərində çalışmaqdadırlar. Dərslər Nəzəri və Praktiki olaraq 2 hissəli keçirilir. Nəzəri hissəsində iştirakçılar beynəlxalq və yerli nəzəri bilikləri öyrənirlər, Praktiki hissədə isə şirkətlərin bu sahələr üzrə iş prosesləri barəsində məlumat alır və elə təlim zamanı praktiki case-lərlə bilikləri yoxlanılır.

Hər bir mövzuya aid materiallar mərkəzimiz tərəfindən veriləcəkdir.

Mini MBA proqramı kimlər üçündür?

Təhsil aldığı müddətdə ixtisasi biliklərə tam yiyələnə bilməyənlər;

Fərqli ixtisasda təhsil alıb özünü biznes yönümlü görənlər;

Halhazırda işlədiyi biznes mühitinə ayaqlaşa bilməyib, özünü bu sahə üzrə inkişaf etdirmək istəyənlər;

Biliklərini praktiki iş şəraitilə zənginləşdirmək istəyən tələbələr.

 Dərs vaxtı:

Həftənin şənbə və bazar günləri saat 18.30-21.00 arasında keçiriləcək. Hər bir mövzu 2 günlük, 4 günlük və ya 1 aylıq proqramla keçirilir. Hər dərs arası 10 dəq. fasilə olur.

Proqramda iştirak haqqı:

İştirakçı bu proqramların hər birini ayrı ayrılıqda və ya hamısı bir yerdə paket şəklində götürə bilər.

Proqramların (2 günlük) hər birinin ayrı qiymətləri – 25 Azn (tələbə), 40 Azn (qeyri-tələbə)

Tam 7 təlim paketinin (hər biri 2 günlük) qiyməti – 150 Azn (tələbə), 220 Azn (qeyri-tələbə)

Ödənişlər proqram başlamamışdan bir gün öncəyə qədər ödənilməlidir.

Korporativ təklifimiz:

Bir müəssisədən gələnlərin sayı

Bir təlim üçün

1-5 olduqda – 35 Azn

6+ olduqda – 30 Azn

Tam Paket üçün isə

1-5 olduqda – 200 Azn

6+ olduqda – 180 Azn