Memorandum

İlk Memorandum – APFM-lə

02.02.2017-ci il tarixdə Azərbaycan Maliyyə Menecerləri Assosasiyası – APFM ilə “Progress Service Center” MMC arasında əvvəldən olan şifahi razılığa əsasən təlim və tədris xidmətlərinin təşkili ilə əlaqədar əməkdaşlıq memorandumu imzalandı.

Memoranduma əsasən Progress Xidmət Mərkəzi maliyyə, mühasibatlıq, HR və s. təlimlərin təşkilində tədris vəsaitləri, imtahanlar, beynəlxalq sertifikat   qeydiyyatları və s. məsələlərdə APFM-dən dəstək alacaq.

APFM-lə birlikdə təşkil edəcəyimiz təlimlər haqqında qısaca:

  1. İAB – Mühasiblərin Beynəlxalq Assosasiyasının tədris proqramı əsasında
  • Level 1 : Certificate in Bookkeeping
  • Level 2: Diploma in Accounting and Advanced Bookkeeping
  • Level 3: Diploma in Accounting to İnternational Standarts
  1. İCFM – Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun tədris proqramı əsasında
  • Modul 1 : Beynəlxalq Maliyyə Hesabatları Standartları – İFRS
  • Modul 2: Maliyyə menecmenti – Financial Management
  • Modul 3: Daxili audit – İntern audit
  • Modul 4: Risklərin İdarə olunması – Risk management

 

  1. ACCA – Maliyyə hesabatlarının Beynəlxalq standartları Assosasiyasının tədris proqramı əsasında
  • ACCA Dip İFR (AZ)
  1. İCM – Kommersiya Menecmenti İnstitutunun tədris proqramı əsasında
  • İnsan resurslarının idarə olunması (HR)

Məhz “Gənclər Günü” gənclərimizin gələcəyinə öz töhfəmizi verə bilmək üçün önəmli addım atdıq. Hər iki tərəfə xeyirli olsun…

Azərbaycanın gələcəyini quracaq bugünkü gənclərimizi də burdan təbrik edir, hər birinə təhsil və gələcək iş həyatında uğurlar arzulayırıq!!!

Növbəti memorandumu gözləyin!

Gənclər gününüz mübarək!

[envira-gallery id=”1790″]