Milli Mühasiblər Forumu 2018

Ana səhifə / Milli Mühasiblər Forumu 2018
Milli Mühasiblər Forumu 2018

Milli Mühasiblər Forumu 2018

Dəyişən dünyada Qlobal məkanda amansız rəqabətə tab gətirmək yolunda Azərbaycanın sürətlə irəliləməsi ölkə iqtisadiyyatının təşkili və inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini zəruri edir. Ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən amillərdən biri də dövlət və özəl sektorda şəffaflığın, hesabatlılığın, uçotun təminində mühasibat uçotunun müasir tələblərə uyğun təşkil olunmasıdır. Mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Milli Mühasiblər Forumu Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədi ilə hər il Forum keçirir. Bununla yanaşı mühasibləri, sahənin alimlərini, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr toplamağa nail olmaqdır.

Məlum olduğu kimi, artıq 8 aprel 2017-ci ildə Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə olaraq "I Milli Mühasiblər Forumu" keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Qeyd olunan təşkilatçılar 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində “II Milli Mühasiblər Forumu”-nu keçirəcəklər.

http://mmf.az/

psc.az