TANITIM +TƏLİM = "PROGRESS" SC tədbiri uğurla başa çatdı

Ana səhifə / TANITIM +TƏLİM = "PROGRESS" SC tədbiri uğurla başa çatdı
TANITIM +TƏLİM =

TANITIM +TƏLİM = "PROGRESS" SC tədbiri uğurla başa çatdı

02 Dekabr 2017-ci il tarixdə Caspian Plazada yerləşən Start co-working mərkəzinin təlim zalında "Progress" Xidmət Mərkəzi gələcək təlimləri üçün açılış etdi. Tədbirdə Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının nümayəndəsi Pərvanə xanım, UNEC və BMU-də maliyyə, mühasibat, audit və s. fənlərdən dərs deyən Elsevər İbadov, müxtəlif şirkət nümayəndələri və tələbələr iştirak etmişlər. Açılış nitqi ilə çıxış edən - "Progress" Xidmət Mərkəzinın direktoru Vasif Həmzətov qonaqları salamladı və mərkəz haqqında məlumat verdi. Sonra Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının nümayəndəsi Pərvanə xanım APFM-nin fəaliyyətindən, sertifikasiya imtahanları və s. barədə qonaqları məlumatlandırdı. Daha sonra Elsevər müəllim qonaqlarımıza "Gəlin biraz mühasibatlıqdan danışaq dedi. Tədbir kofe-breyk fasiləsi də olmaqla 3 saata yaxın davam etdi. Sonda mərkəzin direktoru Vasif Həmzətov qonaqlara gəldiklərinə görə təşəkkür etdi və "Növbəti təlimlərdə görüşənədək..!" deyərək tədbiri sonlandırdı.

Başda təlimdə maraqlı çıxışına görə çox hörmətli Elsevər İbadov müəllimə, Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının nümayəndəsi Pərvanə xanıma və bütün dinləyicilərimizə öz təşəkkürümüzü bildiririk.

Hər biriniz çox sağ olun.
Növbəti təlimlərdə görüşənədək...