Klub haqqında qısaca…

Uğurlu karyera – iş dünyasında hər kəsin əldə etmək istədiyi, lakin az sayda insanın əldə etdiyi bir xoşbətlik açarıdır. Öz karyera yolunu seçmək, ona başlamaq, karyeranın uğur nöqtəsinə çatana qədər qarşımıza çıxabiləcək bütün maddi və mənəvi əngəlləri aşmaq çox çətindir. Bunun üçün – durmadan çalışmaq, öz üzərində işləmək, araşdırmalar aparmaq, yeniliklərdən xəbərdar olmaq və s. çox vacib amillər bizə məqsədə gedən yolda dəstək olur.
Hansı mühitdə, hansı kollektivdə olmağımız da ən önəmli faktorlardan biridir. Bütün amilləri nəzərə alaraq, biz tələbəlik dönəmindən başlayaraq uğurlu karyera qurmaq istəyən gənclərimizə əlverişli mühit yaratmaq, gözəl kollektiv qazandırmaq, onlara bəlkə də əlçatmaz gələb bir çox təlim və inkişaf proqramlarını təşkil edərək potensial güclərini kəşf etmək imkanını vermək üçün “Progress Club”u təsis etdik. Ümidvarıq ki, savadlı, məqsədli, gələcəyə pozitiv baxan və bunun üçün dinamik çalışan gənclərimiz klubumuza üzv olaraq, bizim qurduğumuz imkanlardan faydalanaraq öz uğurlu karyerasını qura biləcək, həmçinin “Progress Club” ailəsinin üzvü olacaqlar…
Gələcəyimiz öz əllərimizdədir! Bir-birimizə dəstək olaq!
Gəlin, birlikdə inkişaf edək!

Bəs Klubumuza üzvlüyün hansı üstünlükləri var?
– Hər ay müxtəlif ödənişsiz təlimlərdə istirak imkan?
– Hər ay is dünyasının numayəndələri ilə görüşmə fürsəti
– Hər ay üzvlər arasında “conversation” imkanı
– Müxtəlif sosial fəaliyyətlərdə istirak imkanı
– Ödənişli təlimlərdə endirimli ödəmə imkanı

Kluba üzv olmaq üçün necə qeydiyyatdan keçmək lazımdır?
– Bunun üçün inzibati ofisimizə gəlmək və ya telefon əlaqəsi saxlamaq;
– Şəxsiyyət vəsiqəsini təqdim etmək və ya elektron vasitələrlə şəklini göndərmək;
– Əlaqə məlumatlarını bildirmək və üzvlük anketini doldurmaq;
– Üzvlük haqqını ofisimizə şəxsən və ya E-manat vasitəsilə hesaba ödəmək.

Və budur!  Artıq siz də “Progress Club”un üzvüsünüz!!!   Təbriklər!!!

Uğurlarınız bol olsun!!!

Gəlin, birlikdə inkişaf edək!!!

***********************************************************************************

GSM: +994 77 225 27 03 (Whatsapp)

E-mail: progress.club@psc.az

Web: www.psc.az

Fb: https://www.facebook.com/Progress.Club22/

Instagram: https://www.instagram.com/progress.club22/