Vergi xidmətləri

Vergi məsələləri şirkətin mühasibatlığının önəmli tərkib hissəsidir. Azərbaycan Respublikasında vergi sistemi Vergi Məcəlləsi ilə tənzimlənir. Sahibkarların öz müəssisələrinin vergi – mühasibatlıq məsələlərində fəaliyyətlərinə istiqamət verən məqamlar Vergi Məcəlləsinin uyğun maddələri vasitəsi ilə formalaşır. Hansı fəaliyyət formasında, hansı növ vergi ödəməli, vergi – mühasibatlıq sisteminin qurulması, vergilərin optimallaşdırılması, vergi hesabatları və s. maliyyə dayanıqlığını qoruyan çox vacib məsələlərdir.

“Progress Xidmət Mərkəzi”nin vergi xidmətlərini qısaca nəzərinizə çatdırırıq:

Hüquqi və fiziki şəxsin qeydiyyatı (VÖEN alınması)

İstənilən sahibkarlıq fəaliyyətinin təməli sayılan şirkətin təsis olunması və təsis sənədlərinin hazırlanması

Vergi planlaması və vergilərin optimallaşdırılması

Vergi strategiyasının qurulması, vergi planlamasının aparılması və vergi ödəmələrinin optimallaşdırılması

Vergi hesabatlarının hazırlanması

Aylıq, rüblük və illik bütün vergi hesabatlarının hazırlanması və vaxtında təqdim olunması

Vergi münaqişələrinin həlli

Hüquqi və fiziki şəxslərin hər hansı səbəbdən vergi yoxlaması nəticəsində yaranmış münaqişəli məsələlərin araşrıdılması və həlli

ƏDV qeydiyyatı və qeydiyyatın ləğvi

Sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması və ya ƏDV qeydiyyatının ləğv olunması

Obyekt kodunun alınması və ləğvi

Sahibkarlıq fəaliyyətinin aparıldığı icarə obyekti üçün icarə müqaviləsinin bağlanması və obyekt kodunun alınması

Bank rekvizitlərininin alınması

Fiziki və hüquqi şəxslər üçün istəyinizə və ya işinizə uyğun olaraq bank hesablarının açılması və rekvizitlərin alınması

Kassa aparatlarının qeydiyyatı

Ticarətlə məşğul olan müəssisələr üçün kassa aparatlarının qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması