Audit xidmətlərimiz

Audit nədir? İlk öncə bu suala cavab verək. Audit – əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Audit prosesini aparan şəxslər auditor adlanır. Auditorlar daxili və kənar auditorlara bölünür. Daxili auditor –  şirkət daxilində yoxlamaları aparır və kənar audit üçün hazır olur. Kənar auditor isə kənardan təyin olunmuş bir auditor tərəfindən aparılan yoxlamadır ki, bunun da yekununda auditor rəy verir və həmin rəyi şirkət Auditorlar Palatasına təqdim edir. Bu rəy şirkətin audit yoxlamasından keçdiyini təsdiq edir.

Mühasibatlığın auditi

Mühasibatlığın tam qaydada olduğunu bilmək üçün bütün mühasibat hesablarının yoxlanması və auditi

Vergi auditi

Vergi ilə bağlı bütün ünsürlərin yoxlanması – hesabatlar, ödəmələr, borclar, vergiyə cəlbolunmalar və s.

Kadr uçotunun auditi

Kadr uçotu sisteminin, işçilərin və iş bölgüsünün, vakansiya ehtiyacının, tabel cədvəlləri, əmək haqqları və s. auditi

Daxili auditin aparılması

Şirkət daxili istənilən hər hansı bölmənin və ya bütünlüklə şirkətin fəaliyyətinin auditi

Kənar auditin aparılması və auditor rəyi

Kənardan təyin olunmuş auditor tərəfindən şirkətin bütünlüklə  fəaliyyətinin auditinin aparılması və audit rəyinin verilməsi

Auditor Palatasına hesabatların verilməsi

Auditor Palatasına hesabatların hazırlanması və təqdim olunmasının təmin edilməsi