Hüquqi Xidmətlərimiz

Kommersiya hüquqi məsələləri

Müxtəlif mülkiyyət formasina malik olan müəssisələrin, pərakəndə və topdansatış müəssisələrin, firmaların, səhmdar cəmiyyətlərinin, birgə ticarət müəssisələrinin, idxalat-ixracat təşkilatlarının fəaliyyətləri ilə bağlı müqavilələrin tərtib edilməsi və ekspert rəyinin verilməsi

Əmək hüquqi məsələləri

Əmək, mülki məsələləri ilə bağlı hüquqi məsləhətlərin verilməsi, bunlarla bağlı yaranmış mübahisələr üzrə iddia ərizələrin, şikayətlərin və digər müraciətlərin hazırlanması

Korporativ hüquqi məsələlər

Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin alınmasına dair sənədlərin hazırlanması, müvafiq orqanlara müraciətlərin edilməsi, o cümlədən bununla bağlı yaranmış mübahisələrin həll edilməsi

Şirkəti təmsil etmək

Müxtəlif hüquqi məsələlərlə bağlı müxtəlif dövlət orqanlarında və ya hər hansı başqa təşkilatlarda fiziki və hüquqi şəxsləri hüquqi cəhətdən təmsil etmək

Vergi hüquqi məsələləri

Vergi sistemi ilə bağlı məsələlərdə hüquqi sənədləşmələrin apaılmasını təmin etmək və prosesin gedişinə hüquqi dəstək vermək

Müxtəlif hüquqi məsləhətlər

Müxtəlif hüquqi problemlərdə həftənin 6 günü hüquqşünaslarımızın məsləhətlərinə müraciət edə bilərsiniz.

Niyə bizim hüquqi xidmətləri seçməlisiz?

Professional Hüquqşünaslar

Bizim hüquqşünaslar illərlə hüquq sahəsində. müxtəlif hüquqi orqanlarda iş təcrübəsi toplamış professional, öz üzərlərində işləyən, yenilikləri işə tətbiq edən hüquqşünaslardır.

AYHNA-nın üzvləri

Hüquqşünaslarımız – bilik və təcrübələrini bölüşmək üçün bir neçə hüquqi təşkilatlarla əməkdaşlıq çərçivəsində mütəmadi görüşlər keçirirlər. Bunlardan ən önəmlisi – Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosasiyasıdır ki, əməkdaşlarımız bu təşkilatın üzvüdürlər.

ADVOCACY hüquq şirkəti

Bizim hüquqşünaslar ADVOCACY hüquq şirkətinin əməkdaşlarıdır və birbaşa hüquq xidməti göstərən professional mütəxəssislərdir. İstənilən hüquqi məsələlərdə və ya dövlət orqanlarında təmsil etmək yönündə rahatlıqla müraciət edə bilərsiniz.