Tərəfdaşlar

     Azərbaycan iqtisadiyyatının dinamik inkişafı bu gün Respublikamıza artan marağın əsasını təşkil edir. Artan inkişaf tempində yeni birlik və təşkilatların yaranması zamanın tələbidir. Bu tələbdən yaranan Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) 2005-ci ildə təsis olundu.Yarandığı gündən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış hazırda ölkədə öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum kimi fəaliyyətini uğurla davam etdirir.
APFM 2016-cı il mart ayından etibarən Avropanın 320 000 mühasib və auditorunu cəmləşdirən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi üzvüdür.  Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyası – APFM ölkəmizdə maliyyə fəaliyyəti ilə məşğul olan bir çox maliyyəçi, mühasib, HR və s. mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xidmət edən müəssisələrdən biridir.  07 dekabr 2017-ci il tarixdə Böyük Britaniyanın “LUCA” mükafatına layıq görülmüşdür.                              
02 fevral 2018-ci il tarixdə Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyası və “Progress Service Center” MMC arasında təlim və tədris fəaliyyətlərinin təşkili məsələləri üçün “Əməkdaşlıq memorandumu” bağlanmışdır və “Progress Service Center” MMC xüsusən də beynəlxalq sertifikatlı təlimlərin təşkilində APFM-dən dəstək alacaq.                                           

Инфосистем-LINK – Бакинский региональный центр Международного Института Менеджмента-ЛИНК, головной организации сети ЛИНК , обеспечивающий координацию образовательной деятельности. 
МИМ ЛИНК является эксклюзивным партнёром Открытого Университета Великобритании в России и владельцем эксклюзивных прав на проведение в странах СНГ обучения с использованием учебно-методических материалов The Open University. Школа Бизнеса МИМ ЛИНК имеет более 100 Региональных Центров в городах России и ближнего зарубежья. Функционирование сети ЛИНК базируется на единой технологии Открытого (активного) дистанционного образования, программах и стандартах Школы Бизнеса Открытого Университета Великобритании (ШБОУ), стратегического партнера МИМ ЛИНК.
Инфосистем-LINK занимается проведением этих программ в городе Баку и предоставляет вам уникальную возможность для эффективного развития профессиональной карьеры, для повышения конкурентоспособности организации через обучение по гибким модульным программам в области менеджмента, маркетинга, экономики, международного бухгалтерского учета, финансов международных , а также национальных.
Миссия Инфосистем-ЛИНК : Формирование новой организационно-управленческой культуры ведения бизнеса через обучение на основе передовых европейских технологий.

Biz, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Asossiasiyası olaraq Azərbaycanda yeni formatlı, müasir texnologiyalara və iş üslubuna əsaslanan təşkilat qurmağa, əhalinin fəal kateqoriyası sayılan gənclərin təfəkkürünün sağlam inkişafına, demokratik dəyərlərdən qidalanan və milli mənliyini qoruyan yeni vətəndaş simasının formalaşmasına öz töhfəmizi verməyi qarşıya məqsəd qoymuşuq. Təkamülü cəmiyyətimizin inkişafının yeganə yolu kimi qəbul edib, bu istiqamətdə hüquqşünas gənclərin fəal iştirakının təmin edilməsini başlıca vəzifələrdən biri kimi qiymətləndiririk. Biz yenilikçiyik, yenilikçi olaraq da cəmiyyətimizdə yeniləşmə və modernləşmənin inteqratoru kimi çıxış edirik.  
     Biz, çağdaş Azərbaycan gəncliyinin nümayəndəsi olaraq gələcəyimizi qurarkən bu gün görülən işlərin məsuliyyətini dərk edərək, milli-mənəvi köklərimizə söykənərək, davamlı inkişaf uğrunda əldə edilmiş nailiyyətləri əsas tuturuq.

Məqsədimiz

“ADVOCACY” hüquq şirkəti qısa zamanda müştərilərin və əməkdaşların etimadını qazanaraq hüquqi xidmətlər bazarında öz layiqli yerini tutmuşdur. Şirkətimiz yalnız Azərbaycan daxilində deyil, xarici ölkələrlə bağlı olan müxtəlif növ fərdi və korporativ hüquqi mübahisələrin həlli ilə məşğuldur.

Məqsədimiz respublika ərazisində və ondan kənarda olan həm hüquqi şəxslərə, həm də fiziki şəxslərə fərdi və peşəkar qaydada hüquqi xidmətlərin göstərilməsinə nail olmaqdır.

 

Prinsiplərimiz

“ADVOCACY” hüquq şirkəti öz fəaliyyətini müştərilərə fərdi yanaşma, yüksək professionallıq, etibarlı əməkdaşlıq prinsipləri üzərində qurmuşdur.

"Finansist" jurnalı

İqtisadiyyat, maliyyə, mühasibatlıq və s. sahələrdə yeniliklərdən xəbər verən “Finansist” jurnalı “Progress Service Center” MMC -nin əməkdaşıdır.   Müstəqillik dövründə ölkə iqtisadiyyatının inkişafında bütün çətinliklərə baxmayaraq daha böyük uğurlar əldə edilmişdir, gələcək perspektivlər də çox ümidvericidir. Bu perspektivlərdən tam istifadə edilməsi isə ilk növbədə iqtisadiyyatda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsindən, yeniliklərə, yeni çağırışlara cavab verməyə qadir olmalarından asılıdır. Bu ilk növbədə müəssisə rəhbərlərinə, maliyyə menecerlərinə aiddir, ona görə ki, son illər bu sahədə qəbul edilmiş çoxsaylı qanun və digər normativ aktların standartlarına riayyət etmək üçün onlardan daima innovatorluq , qabaqcıl təcrübənin öyrənilməsi tələb olunur.
Bu baxımdan maliyyəçilərin peşəkar maraqlarına uyğun ixtisaslaşmış milli nəşrlərə ehtiyac olduğu bir vaxtda, Professioanal Maliyyə Menecerləri Assosiasiyanın (APFM) yeni nəşr etdiyi “Finansist” jurnalı vaxtında dünyaya göz açmaqla yanaşı, həm də ona bəslənən ümidləri tam doğruldacaq.