Kadr uçotu xidmətləri

Şirkətin fəaliyyətinin davamlılığı kadr uçotu sisteminin qurulmasından birbaşa asılıdır. İş sisteminin qurulması, işçilərin işə alınma prosesi, uyğun işçilərin uyğun vakansiyalara yerləşdirilməsi, əmək haaqıların hesablanması, iş bölgüsünün düzgün bölüşdürülməsi və artıq işçilərin ixtisar edilməsi, işçilərin mütəmadi olaraq müxtəlif təlim və təcrübə hazırlıqlarından keçirilməsi – bütün bunlar şirkətin maliyyə resurslarının da qorunmasına xidmət edir.
“Progress Xidmət Mərkəzi”nin Kadr uçotu xidmətlərini sizə təqdim edirik:
Kadr uçotunun qurulması və idarə olunması
Kadr uçotunun 0-dan qurulması, ayrı-ayrı bölmələrin strukturunun təşkili və idarəolunması
İşçilərin elektron qeydiyyatı
İşçilərlə bağlanan əmək müqavilələrinin elektron qeydiyyatı, düzəlişlərin aparılması və xitam verilməsi
İş qovluqlarının hazırlanması
Hər bir işçi üçün şəxsi iş qovluqlarının hazırlanması, sənədlərinin qaydaya salınması və s.
DSMF hesabatlarının hazırlanması
Fəaliyyət dövründə aylıq hesablara əsasən DSMF hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi
Əmək haqqının hesablanması
İşçi sayı və iş bölgüsünün müxtəlifliyi çox olan müəssisələrdə əmək haqqıların kateqoriyalara uyğun hesablanması
Məzuniyyət və ezamiyyətlərin hesablanması
Əmək məzuniyyəti, analıq məzuniyyəti və ezamiyyətlərin hesablanması və müavinətlərin alınması üçün müraciət olunması
İşçilərlə bağlı lazımi cədvəllərin hazırlanması
Əmr dəftəri, əmək haqqı cədvəli, ştat cədvəli, tabel cədvəli, pay cədvəli və s. lazımi cədvəllərin hazırlanması
Kollektivlər üçün təlimlərin təşkili
İşçi kollektivlərə ehtiyaca görə müxtləlif istiqamətli, müxtəlif müddətə davam edə biləcək professional təlimlərin təşkil olunması