“Peşəkar Mühasib” kursları

Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması QAYDALARI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
accounting hr consunting konsaltinq muhasibat maliyyə milli mühasublər forumu service center xidmət mərkəzi biznes plan business plan

Peşəkar Mühasib Sertifikatı (PMS)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 may 2019-cu il tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”nın 2.2 bəndinin tələblərini yerinə yetirərək, Maliyyə Nazirliyinin 26 avqust 2019-cu il tarixli, q-01 saylı Qərarına əsasən APFM- Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuşdur.

Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması QAYDALARI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.

İmtahanlar aşağıdakı sertifikat növlərinin verilməsi üçün 2 mərhələli imtahan vasitəsilə keçiriləcəkdir

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS

Progress Service Center MMC tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanlarına hazırlıq üzrə təlimlər təşkil olunur. Təlimlər DİM tərəfindən təsdiq olunmuş proqram əsasında aparılır.

DİM tərəfindən təşkil olunan PMS imtahanlarının I mərhələsindən azad olmaq üçün ICFM tərəfindən verilən “Diploma in IFRS” sertifikat hazırlığı təklif olunur.

«MHBS üzrə peşəkar mühasib sertifikatını» və ya «KOS Subyektləri üçün MHBS üzrə peşəkar mühasib sertifikatı»nı əldə etmək üçün müraciət etmiş namizədlər Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS” malik olduğu halda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.

MHBS Proqram:

Maliyyə hesabatlarının Beynəlxalq standartlarına giriş
Maliyyə hesabatlarının hazırlanması və təqdimatı haqqında Konseptual Əsaslar
MUBS (İAS) 1 Maliyyə hesabatlarının təqdim edilməsi
MUBS (İAS) 8 Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər
GƏLİRLƏRİN UÇOTU
MHBS (İFRS) 15 Alıcılarla müqavilələr üzrə gəlir
MHBS (İFRS) 13 Ədalətli dəyərlə ölçülmə
AKTİVLƏRİN UÇOTU
MUBS (İAS) 2 Mal-material ehtiyatları
MUBS (İAS) 16 Əsas vəsaitlər
MUBS (İAS) 20 Hökumət subsidiyalarının uçotu və dövlət yardımı haqqında məlumatın açıqlanması
MUBS (İAS) 23 Borclar üzrə məsrəflər
MUBS (İAS) 17 İcarə
MUBS (İAS) 38 Qeyri-maddi aktivlər
MUBS (İAS) 40 İnvestisiya mülkiyyəti
MUBS (İAS) 41 Kənd təsərrüfatı
MUBS (İAS)36 Aktivlərin qiymətdən düşməsi
MHBS (İFRS) 6 Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi
ÖHDƏLİKLƏRİN UÇOTU
MUBS (İAS) 37 Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər
MUBS (İAS) 19 İşçilərin mükafatlandırılması
MHBS (İFRS) 2 Pay alətləri əsasında ödəniş
MUBS (İAS) 12 Mənfəət vergiləri
Maliyyə alətləri (İAS 32, İFRS 7, İFRS 9)
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ VƏ QRUPUN MALİYYƏ HESABATLARI
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Konsolidə olunmuş hesabatların hazırlanma prinsipləri
Konsolidasiya olunmuş maliyyə vəziyyəti haqqında hesabat (balans)-əsas prinsipləri
Sonrakı düzəlişlər
Konsolidasiya olunmuş məcmu mənfəət və zərər haqqında hesabat
Asılı və birgə müəssisələrə investisiyaların uçotu
MUBS (İAS)21 Valyuta məzənnələrində dəyişikliklərin təsiri
MƏLUMATIN AÇIQLANMASI VƏ TƏHLİLİ
MUBS (İAS) 33 Səhm üzrə mənfəət
MHBS (İFRS) 8 Əməliyyat seqmentləri
MHBS (İFRS) 5 Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlər və dayandırılmış fəaliyyətlər
MUBS (İAS)10 Hesabat tarixindən sonrakı hadisələr
MUBS (İAS)24 Əlaqəli tərəflər haqqında məlumatın açıqlanması
MUBS (İAS)34 Aralıq maliyyə hesabatları
MHBS (İFRS)1 MHBS-in ilk dəfə tətbiq edilməsi

Tədris və imtahan dili: Azərbaycan dili

Tədrisin müddəti: 5 ay (80 saat)

 

IPSAS ( İSMUBS) üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatı üzrə proqram:

İmtahanın 1-ci mərhələsi –”Mühasibat uçotu”

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
Qanun və qaydalar

Müddəti: 4 ay (80 saat)

İmtahanın 2-ci mərhələsi- “Qanunvericilik”

Vergi qanunvericiliyi
Əmək qanunvericiliyi (əsas müddəalar)
Mülki qanunvericilik (əsas müddəalar)
Büdcə qanunvericiliyi (əsas müddəalar)
Digər normativ sənədlər

Müddəti: 4 ay (64 saat)

Kursun adı:
PMS kursları
KOS VƏ MHBS üzrə hazırlıq müddəti:
9 ay
IPSAS ( İSMUBS) üzrə hazırlıq müddəti:
8 ay
Kateqoriya:
Təlim və kurslar
Keçiriləcəyi yer:
PSC ofis
Ödəniş:
PMS istiqaməti üzrə dəyişir
PSC
Birlikdə inkişaf edək!
Business school and finance consulting
Ünvanlarımız
Bizi necə tapa bilərsiz?
* Lotfizadeh Technology Center - Bakı şəhəri, Cəfər Cabbarlı 44, Caspian Plaza, 15-ci mərtəbə
* Lotos İş Mərkəzi, 4-cü mərtəbə, ofis 41, Bakı şəhəri, Əhməd Rəcəbli 23 L.
https://psc.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bizi izləyin!
Sosial media linklərimiz
Yeniliklərdən siz də xəbərdar olun!
PSC
Birlikdə inkişaf edək!
Business school and finance consulting
Ünvanlarımız
Bizi necə tapa bilərsiz?
* Lotfizadeh Technology Center - Bakı şəhəri, Cəfər Cabbarlı 44, Caspian Plaza, 15-ci mərtəbə
* İnnoland İnnovasiya və İnkubasiya Mərkəzi - Bakı şəhəri, Atatürk prospekti 89
Bizi izləyin!
Sosial media linlərimiz
Yeniliklərdən siz də xəbərdar olun!