Komandamız

Professional komanda biznesin formalaşmasını və davamlılığını təmin edən ən önəmli faktorlardandır. Komandanın hər bir üzvü ümumi strukturun ayrılmaz bir hissəsini təşkil edir və digər komanda üzvünün işə dəstək olmaq üçün ortaq bir ruhla çalışır.

Sizə dəstək olacaqlarTəcrübəli mütəxəssislərimiz

Komandamız öz sahəsi üzrə illərlə gərgin əmək sərf edərək toplanmış bilik və təcrübələrini müştərilərimizin fəaliyyətlərində uğur qazanmaları üçün sərf edən, həmçinin müştəri məmnuniyyətinə xüsusi önəm verən peşəkarlardan təşkil olunmuşdur.
vasif həmzətov hamzatov muhasib muhasibatliq maliyye audit hr
Vasif Həmzətov
PSC - Təsisçi/Direktor
  • “Mühasibatlıq” və “Maliyyə” sahəsində 15 il təcrübəli mütəxəssis
  • Peşəkar Mühasib Təşkilatı olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının (APFM) üzvü
  • Biznes konsultant (biznesin qurulması, startaplar, satınalma (tender) məsələləri, idxal-ixrac məsələləri üzrə)
https://psc.az/wp-content/uploads/2023/09/Vuqar-m-3.jpg
Vüqar Mustafayev
Vergi və Audit departamentinin rəhbəri
  • “Mühasibatlıq” və “Vergi məsləhətləri” sahəsində 20 ilə yaxın təcrübəli mütəxəssis
  • Sərbəst Auditor, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü
  • Peşəkar Mühasib Təşkilatı olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının (APFM) üzvü
  • Vergi və audit məsələləri üzrə konsultant
https://psc.az/wp-content/uploads/2023/09/Ayaz-M-03.jpg
Ayaz Məmmədzadə
Korporativ hüquq departamentinin rəhbəri
  • Hüquq və hüquqi xidmətrlərin göstərilməsi üzrə 15 ildən artıq təcrübəli mütəxəssis
  • Vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
  • Progress Service Center MMC-də “Korpotativ hüquqi xidmətlər” üzrə departamentin rəhbəri
  • Şirvan Regional Vəkil Bürosunun vəkili
bt_bb_section_top_section_coverage_image
Elçin Quliyev
Maliyyə direktoru
  • “Mühasibatlıq” və “Maliyyə” sahəsində 12 il təcrübəli mütəxəssis
  • Peşəkar Mühasib və Diploma in IFRS serfitikatlarının sahibi
  • Peşəkar Mühasib Təşkilatı olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının (APFM) üzvü
  • Sərbəst Auditor, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü
Elvin Əliyev
Müştərilərlə iş üzrə menecer/Mühasib
  • “Mühasibatlıq” və “Vergi məsləhətləri” sahəsində 10 ilə yaxın təcrübəli mütəxəssis
  • Peşəkar Mühasib Təşkilatı olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının (APFM) üzvü
  • Müştəri sorğularının cavanlandırılması üzrə konsultant, menecer
Zaur İsmayılov
Aparıcı mühasib
  • “Mühasibatlıq” və “Vergi məsləhətləri” sahəsində 12 ilə yaxın təcrübəli mütəxəssis
  • Peşəkar Mühasib Təşkilatı olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının (APFM) üzvü
  • Mühasibatlıq üzrə müştəri sorğularının cavanlandırılması üzrə konsultant
bt_bb_section_top_section_coverage_image
Qanunvericiliyin tətbiqi
Əməkdaşlarımız sifarişlərin yerinə yetirilməsinə qanunvericiliyin son dəyişikliklərini də tətbiq etməklə özəl olaraq yanaşır.
Doğru iş bölgüsü
Sifarişlərin vaxtında və müştəriləri məmnun edəcək şəkildə tamamlanmasında iş bölgüsünün düzgünlüyü çox önəmlidir.
Seçilmiş əməkdaşlar
Komanda üzvlərimiz bilik və bacarıqları, həmçinin şəxsi keyfiyyətləri nəzərə alınmaqla xüsusi olaraq seçilmişdir.
Doğru strategiya
Komandamız hər zaman sifarişləri doğru strategiya ilə idarə etməyə və hədəflərə fokuslanmağa çalışır.
Komanda ruhu
Sifarişlərin yerinə yetirilməsində əməkdaşlarımız bir məqsəd üçün bütöv bir komanda ruhu ilə çalışır.
Beynəlxalq təcrübə
Xidmətlərin yerinə yetirilməsində Beynəlxalq standartlarının (məs: IFRS) tətbiqi xidmətlərimizə ümumi olaraq dəyər qazandırır.

Biznesdə uğur qazanmaq – ən maraqlı sənət növüdür. Pul qazanmaq da sənətdir, işləmək də sənətdir, yaxşı və uğurlu iş isə ən yaxşı sənətdir.

Andy Warhol

Biznesdə uğur qazanmaq üçünKomanda ruhunun
Əhəmiyyəti

Hər bir uğurlu biznesin və böyük nailiyyətlərin arxasında əzmlə çalışan, gecəsini gündüzünə qatan, bütün bilik və təcrübələrini şirkətin hədəfləri üçün sərf edən peşəkar insanlardan ibarət bir komanda durur.
psc progress finance accounting hr consunting konsaltinq muhasibat maliyyə
Təhsil və ixtisas bilikləri 98%
Müvafiq sahədə təcrübələri95%
Şəxsi keyfiyyətləri 92%

Şirkətlərdə komanda ruhunun olması çox vacibdir. Belə ki, şirkət əməkdaşlarının hər biri əslində şirkətin məqsəd və hədəfləri üçün çalışan komandanın bir üzvüdür. Və ya şirkəti bir bədən kimi düşünsək  hər bir əməkdaş bir bədən üzvü kimi çalışır. Onlar bir-biri ilə sistemli şəkildə çalışmalıdırlar.

Bədən üzvlərinin biri digərinə mən yorulmuşam, biraz dayanım deyə bilməz. Dayanarsa, bədən xəstələnib deməkdir. Xəstələnibsə, bədənin həmin üzvünü müalicə etdirmək lazımdır və ya başqa sözlə desək, komandanızın sizin ümumi ahəngə uymayan həmin əməkdaşını komandadan ayırmaq lazımdır.

Bədənin hər bir üzvü öz vəzifəsini yerinə yetirmək məcburiyyətindədir. Eyni zamanda şirkət əməkdaşları şirkətin missiya və vəzifələrinə uyğun olaraq hərəkət etməli, düşüncə olaraq da şirkətin məqsədləri üçün bütün potensialı ilə çalışmalıdırlar.

Komanda üzvlərinin öz aralarındakı anlayış və davranışlar komanda ruhunu canlı tutan ən önəmli xüsusiyyətlərdir. Həmçinin, hər bir üzvün ruh halı, şəxsi keyfiyyətləri, təhsil səviyyələri, həyata və işinə baxışı, qazandığı təcrübələri və s. komanda ruhunun yaranmasına təsir edən digər xüsusiyyətlərdir.

Əgər komanda üzvlərinin təhsil səviyyələri, təcrübələri, şəxsi keyfiyyətlərində ciddi fərqlər olarsa, eyni işlərin üzərində çalışarkən bir-birini anlamaqda çox çətinlik çəkərlər, işin görülməsi kənarda qalar və bir-birilərini anlamağa çalışarlar. Anlayana qədər də xeyli vaxt itirə bilərlər və ya iş alınmaz.

Şirkətə yeni əməkdaşlar qəbul edərkən yuxarıda deyilənlərə uyğun olmayan namizədləri işə qəbul etmək – həm şirkətə, həm də digər əməkdaşlara (komanda üzvlərinə) haqsızlıq olar. Boşuna vaxt və resurs israfı olar. Dolayısı ilə şirkət rəhbərliyinin konamdanı canlı və ruh halını yüksək səviyyədə tutmaq kimi bir vəzifəsi var.

PSC
Birlikdə inkişaf edək!
Business school and finance consulting
Ünvanlarımız
Bizi necə tapa bilərsiz?
* Lotfizadeh Technology Center - Bakı şəhəri, Cəfər Cabbarlı 44, Caspian Plaza, 15-ci mərtəbə
* Lotos İş Mərkəzi, 4-cü mərtəbə, ofis 41, Bakı şəhəri, Əhməd Rəcəbli 23 L.
https://psc.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bizi izləyin!
Sosial media linklərimiz
Yeniliklərdən siz də xəbərdar olun!
PSC
Birlikdə inkişaf edək!
Business school and finance consulting
Ünvanlarımız
Bizi necə tapa bilərsiz?
* Lotfizadeh Technology Center - Bakı şəhəri, Cəfər Cabbarlı 44, Caspian Plaza, 15-ci mərtəbə
* İnnoland İnnovasiya və İnkubasiya Mərkəzi - Bakı şəhəri, Atatürk prospekti 89
Bizi izləyin!
Sosial media linlərimiz
Yeniliklərdən siz də xəbərdar olun!